
Moldova Prezidenti Adil Osmanovu “Şərəf” ordeni ilə təltif etdi
- 19:40
- 42
Moldova Prezidenti Maya Sandu "Paris-2024" Yay Olimpiya Oyunlarının bürünc medalçısı, azərbaycanlı cüdoçu Adil Osmanovu "Şərəf" ordeni ilə təltif edib.
Rekord.az xəbər verir ki, o, Moldovada idmanın inkişafındakı müstəsna xidmətlərinə və bu sahədə əldə etdiyi yüksək nailiyyətlərə görə mükafatlandırılıb.
Osmanov bu mükafata layiq görüldüyü üçün Prezident Maya Sanduya təşəkkür edib, bunun Moldova ilə Azərbaycan arasında dostluq və qarşılıqlı hörmətin göstəricisi olduğunu vurğulayıb.
Qeyd edək ki, A.Osmanov Azərbaycan diasporunun və Moldova Azərbaycanlıları Konqresinin fəal üzvüdür. O bu il Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinə də qatılıb.