CAR millisinin (Cənubi Afrika Respublikası) sabiq futbolçusu Anele Nqtsonqtsa vəfat edib.

Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, mərhum futbolçu avtomobil qəzası nəticəsində həyatını itirib.

Bədbəxt hadisə Kvazulu-Natalda baş verib. Hadisə nəticəsində sabiq futbolçunun həyat yoldaşı da xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

33 yaşlı mərhum futbolçu CAR millisində 52 oyunda forma geyinib.