Millimizin üzvü Belarus klubunda
- 00:43
- 38
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Kristina Besmanın yeni komandasının adı bəlli olub. "Rekord.az" xəbər verir ki, oyunqurucumuz yeni mövsümdə Belarusun "Minçanka" klubunda çıxış edəcək.
30 yaşlı təcrübəli voleybolçumuz ən azı bir il Belarus klubunun uğurları üçün çalışacaq. Besman son mövsümü Rusiyanın "Omiçka" klubunda keçirib. Voleybolçumuz karyerası ərzində doğma ölkəsi ilə yanaşı, Azərbaycan, Rusiya və Finlandiya çempionatlarında forma geyinib.
Qeyd edək ki, K.Besman Belarus əsillidir və 2015-ci ildən Azərbaycan vətəndaşlığı alaraq yığmamız heyətində çıxış edir. O, bu il avqust-sentyabr aylarında keçiriləcək Avropa çempionatında millimizin əsas oyunqurucusu kimi iştirak edəcək.