Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasına hazırlıqları davam etdirir. "Rekord.az" xəbər verir ki, hazırda Sloveniyada təlim-məşq toplanışında olan komandamız daha bir yoxlama oyununda qüvvəsini sınayıb.

Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız bu dəfə Xorvatiya ilə qarşılaşıb. Oyun voleybolçularımızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin qarşıdakı günlərdə yenə yoxlama oyunları keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, bundan əvvəl komandamız Macarsıtanda təlim-məşq toplanışı çərçivəsində bu ölkənin yığması ilə iki dəfə qarşılaşıb və hər iki görüşdə qələbə qazanıb (3:0, 3:1).

Yoxlama oyunu (Sloveniya)

   Azərbaycan - Xorvatiya 3:1 (19:25, 25:20, 26:24, 26:24)