Millimiz Tailandda ilk qələbəsini qazandı
- 19:00
- 34
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda ilk qələbəsini qazanıb.
Rekord.az xəbər verir ki, B qrupunda yer alan yığma meydan sahibləri ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının qalibiyyəti ilə yekunlaşıb - 21:8.
İlk görüşdə Kanadaya 10:16 hesabı ilə uduzan milli sabah İspaniya ilə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.