
Millimiz Qadın Seriyasının final mərhələsində ilk qələbəsini qazandı
- 14:20
- 41
Azərbaycanın 3x3 basketbol millisi Çinin Şanxay şəhərində keçirilən Dünya Qadın Seriyasının final mərhələsində ilk qələbəsini qazanıb.
Rekord.az xəbər verir ki, yığmamız B qrupundakı ikinci oyununda Niderlandın U-25 seçməsindən üstün olub - 21:19.
Komandamız ilk matçda Kanadaya uduzub - 13:21.
Azərbaycan millisi Bakı vaxtı ilə saat 16:45-də "CS Rapid" kollektivi ilə üz-üzə gələcək.