
Millimiz beynəlxalq turnirə qələbə ilə başladı
- 17:40
- 35
14 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın Atrau şəhərində keçirilən "Airom Cup" beynəlxalq turnirinə qələbə ilə başlayıb.
Rekord.az xəbər verir ki, Polad Həsənovun rəhbərlik etdiyi yığma ilə yanaşı, yarışda Qazaxıstanın "Ayrom", Qırğızıstanın "Edelveys", Gürcüstanın "Kutaisi", Rusiyanın "Devon" və "Axtuba" klubları da mübarizə aparırlar.
Azərbaycan millisi ilk oyununda "Edelveys" ilə qarşılaşıb və rəqibinə 94:13 hesabı ilə qalib gəlib.
Dairəvi sistemlə keçirilən turnirin qalibi iyunun 22-də məlum olacaq.