
Millimiz Avropa Kubokunun yarımfinalında
- 18:30
- 42
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda yarımfinala vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, yığmamız 1/4 final mərhələsində Polşa seçməsi ilə üz-üzə gəlib.
Komanda rəqibini 16:13 hesabı ilə məğlub edib.
Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14) üstələyib.