Azərbaycanın qızlardan ibarət U-16 basketbol millisi avqustun 20-29-u aralığında Türkiyənin İstanbul şəhərində təşkil olunacaq Avropa çempionatının B divizionunda mübarizə aparacaq.


Federasiyadan Rekord.az-a verilən məlumata görə, komanda B qrupunda yer alacaq.


Azərbaycanın U-16 millisi Avropa çempionatının B divizionunda ilk dəfə iştirak edəcək.


U-16-nın iştirakı ilə baş tutacaq qarşılaşmaların təqvimi belədir:


20 avqust

14:00. Azərbaycan – İsveç


22 avqust

21:30. Azərbaycan – Niderland


24 avqust

19:00. Azərbaycan – Slovakiya


25 avqust

21:30. Azərbaycan – Lüksemburq