Messidən Argentina millisində 117-ci qol
- 13:40
- 30
Lionel Messi Argentina millisində 117-ci qolunu vurub.
Rekord.az xəbər verir ki, 38 yaşlı hücumçu buna İslandiyanı 3:0 hesabı ilə məğlub etdikləri yoldaşlıq oyununda fərqlənməklə nail olub.
Forvard yığmadakı 199-cu matçında bu həddə çatıb çatıb.
Messi karyerası ərzində bütün turnirlərdə 911 dəfə rəqib qapılarına yol tapıb. O, "Barselona"da (İspaniya) 672, PSJ-də (Fransa) 32, hazırda çıxış etdiyi ABŞ-nin "İnter Mayami" klubunda 90 dəfə bunu bacarıb.
Xatırladaq ki, Argentina millisi 11 iyun - 19 iyul aralığında ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə üz-üzə gələcək.