
Messi MLS-in ən yaxşısı seçildi
- 06 İyn 2025 10:00
- 41
Futbol üzrə ABŞ çempionatında may ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.
Ötən ayın ən yaxşısı "İnter Mayami"nin 37 yaşlı hücumçusu Lionel Messi olub.
Argentinalı forvard may ayında 7 matça çıxıb, 7 qol vurub və 4 məhsuldar ötürmə verib.
Messi 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 59 oyunda 49 qol vurub və 24 qol ötürməsi verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.