Futbol üzrə dünya çempionatında Mərakeş Kanadaya qalib gəlib.


Rekord.az xəbər verir ki, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.


Komandanın heyətində 50 və 82-ci dəqiqələrdə Azzedin Unhai fərqlənməklə dubla imza atıb. Yekun nəticəni isə 90+8-ci dəqiqədə Sufyan Rahimi müəyyənləşdirib.


Cari mundialda ilk 1/4 finalçı olan Mərakeş bu raundda Paraqvay - Fransa cütünün qalibi ilə qarşılaşacaq.