"Neftçi"nin məşqçisi Daviti Çivçivadze Azərbaycan Basketbol Liqasının finalında "Sabah"a qarşı keçirdikləri altıncı matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib.


Rekord.az xəbər verir ki, mütəxəssis seriyanın altıncı matçında məğlub olaraq (78:83) çempionluğu əldən verdikləri görüşü şərh edib:


"Mövsüm barədə onu deyə bilərəm ki, mən gələndə komandamız aşağı pillədə idi. Heç kim inanmırdı ki, komanda pley-off mərhələsində və finalda iştirak edə bilər. Ancaq gərgin əməyimiz sayəsində buna nail olduq. Onu da deyim ki, finalda ölkənin ən güclü kollektivi ilə qarşılaşdıq. Böyük əzmlə mübarizə apardıq və güclü rəqibə məğlub olduq. Buna baxmayaraq, oyunçularımla fəxr edirəm. Onların hər birini döuüşçü adlandırardım. Ancaq idmanda şans da vacibdir. Bu oyundu, qalib olduğu kimi, məğlub tərəf də var. Ancaq mən "Neftçi"ni məğlub adlandırmıram. Çünki biz ən aşağı pillədən başladıq və çempionatı ikinci pillədə bitirdik".


Tərəflər arasında altı oyun keçirilib. Həlledici seriyada dördüncü qələbəni əldə edən "bayquşlar" qızıl medallara sahib çıxıblar – 4:2.