Sumqayıtı təmsil edən "Məhəllə uşaqları" bu il də Həvəskarlar Liqasında çıxış edəcək.

Rekord.az xəbər verir ki, gənc məşqçi Orxan Abdullayevin rəhbərlik etdiyi komanda bu dəfə daha güclü heyət formalaşdırıb və daha iddialı gəlir.

Heyətdə Seymur Bəydəmirov, Məhəmməd Alıyev, Ruslan Poladov, Ramil Həşimzadə, Zahir Əsgərzadə kimi yüksək liqa təcrübəsi olan futbolçuların yer alacağı gözlənilir. Hədəf Həvəskarlar Liqasında çempion olub növbəti mövsümdən "Region Liqası"nda oynamaqdı.