Dəyərli PFL ailəsi! Düşünürəm ki, mövsümün sonunda onların da haqqını vermək lazımdı. Bu yazını yazmağı özümə mənəvi borc bildim. Məhdud büdcə ilə inanılmaz işlər görürlər. Premyer Liqa, I Liqa, II Liqa, ölkə kuboku bu qədər yarışı təkbaşına yüksək səviyyədə təşkil və üstəlik, təbliğ etmək heç də asan məsələ deyil. Burada çalışan insanlar əsl fədailərdi, futbol fədailəri. Həm futbolu, idarəçiliyi bilirlər, həm də insan kimi insandılar. Ramin Musayev PFL prezidenti postundan gedəndə bir az bədbinlik yarandı ki, yeni rəhbər kim olacaq, ümumiyyətlə, bundan sonra PFL saxlanılacaqmı. Elxan Səmədov gələndən sonra ilk qərarı Aslan Şahgəldiyevi vitse-prezident postuna gətirmək olunca, rahat nəfəs aldım ki, Musayevin əmanəti etibarlı ələ keçib. 



Hər zaman demişəm ki, bu quruma daha çox dəstək verilməli, maliyyə imkanları daha da artırılmalıdır. Çünki ən məhdud imkanda belə, faydalı nə isə etməyə çalışırlar. Bu arada, bu qurumun "Region Layihəsi"ni xüsusi qeyd etməliyəm və buna görə onlara ayrıca təşəkkür edirəm. Bu layihə çərçivəsində jurnalistlərin bölgələrə səfərləri təşkil olunur, onların yol, qalmaq, yemək xərcləri artıqlanması ilə qarşılanır. Çünki bu gün idman mediasının durumu elə də yaxşı deyil ki, hər bölgəyə jurnalist ezam etsin. PFL-in bu layihəsi çərçivəsində həm bu səfərlər həyata keçirilir, həm də bölgə futbolu mətbuatda geniş işıqlandırılır. Bir dəfə Aslan Şahgəldiyevlə söhbət zamanı bu layihə üçün ona təşəkkür etmək istəyəndə məndən qabaq o mənə təşəkkür etdi ki, əziyyəy çəkib gedirsiniz, üstəlik də iş ortaya qoyursunuz. Adamlar həm səfər üçün artıqlaması ilə pul verirlər, üstəlik də təşəkkür edirlər. Belə kollektivdi PFL! 


Bir daha bu gözəl kollektivə gördükləri işlər üçün "ƏHSƏN" deyirəm, Elxan Səmədova, Aslan Şahgəldiyevə ən qısa zamanda tam olaraq sağlamlıqlarına qovuşmalarını arzulayıram, onlarla bərabər Elgiz Abbasova, Sənan Abdullayevə, Xaliq Cəfərova, Anar Əsədova, Faiq Tahirova, Müzəffər Müzəffərliyə,  Mansur Novruzova, Elvin Yaquba, Məftun Rəsulzadəyə, Zaur Quliyevə, Pərviz Zeynalova, üzdən tanısam da adlarını bilmədiyim üçün bura qeyd edə bilməyim hər kəsə də həmçinin futboldakı fədakarlıqlarına görə təşəkkür edirəm, hər birinə can sağlığı, bundan sonrakı fəaliyyətlərində də bol-bol uğurlar arzilayıram! Futbolumuzdan əksik olmayın!


Anar XANLAROV