Mançini Qətər klubunda
- 20:22
- 44
İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançininin yeni iş yeri məlum olub.
Rekord.az xəbər verir ki, italiyalı mütəxəssis UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Napoli”yə keçəcəyi ilə bağlı yayılan şayiələrdən sonra, Qətərin “Əl-Sədd” klubu ilə rəsmi müqavilə imzalayıb.
59 yaşlı çalışdırıcı illik 5 milyon avro qazanacaq. Tərəflər arasındakı əməkdaşlıq uğurlu alınarsa, bu məbləğ 8 milyon avroya qədər arta bilər.
“Əl-Sədd”in heyətində vaxtilə “Barselona”nın keçmiş futbolçusu Xavi Hernandes də çıxış edib və sonradan həmin komandada baş məşqçi kimi fəaliyyət göstərib.