“Mançester Yunayted”də yeni müqavilə
- 15:40
- 34
Harri Maquayr "Mançester Yunayted" ilə müqaviləsinin müddətini yeniləyib.
Rekord.az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisi məlumat yayıb.
Yeni müqaviləyə əsasən, 31 yaşlı mərkəz müdafiəçisi 2027-ci ilin iyununa qədər "qırmızı şeytanlar"ın heyətində qalacaq. Sözləşmədə müddətin daha bir il uzadılması variantı da nəzərdə tutulub.
Maquayr 2019-cu ildən formasını geyindiyi Mançester klubunda 266 oyuna çıxıb. Təcrübəli futbolçu bu müddət ərzində komandası ilə İngiltərə Liqa Kuboku və FA Kubokunun qalibi olub.