"Mançester Siti"dən "Lids"ə
- 2022-07-05 21:44
- 334
"Mançester Siti"nin futbolçusu Darko Qyabini satıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı futbolçu "Lids"ə keçib.
O, yeni klubu ilə 4 illik müqavilə imzalayıb. Transferin detalları açıqlanmayıb.
Qeyd edək ki, ingilis yarımmüdafiəçi "Mançester Siti"nin yetirməsidir.