“Mançester Siti” “Lill”in yarımmüdafiəçisi Ayub Buaddini transfer edib.

Rekord.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Transfer beynəlxalq icazə alındıqdan sonra rəsmiləşəcək.

Daha əvvəl tərəflərin 95 milyon avro qarşılığında razılaşdığı bildirilmişdi. Müqavilədə əlavə olaraq 5 milyon avro bonusun nəzərdə tutulduğu qeyd olunub.

Buaddi ötən mövsüm bütün turnirlərdə 42 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.