Mahir oynadı, komandası qələbə qazandı
- 14:00
- 45
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi "Kayzerslautern" növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda Almaniya 2-ci Bundesliqasının 28-ci turu çərçivəsində doğma meydanda "Fortuna"nı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir Emreli meydana 83-cü dəqiqədə daxil olub.
Hazırda "Kayzerslautern" turnir cədvəlində 43 xalla 7-cidir.