“Liverpul” klubu İngiltərə çempionatları tarixində 7000-ci qolunu vurub.

Rekord.az xəbər verir ki, bu, Premyer Liqanın 26-cı turunun “Şeffild Yunayted”lə səfər matçına (2:0) təsadüf edib.

“Liverpul”un 7000-ci qolunu “Şeffild Yunayted”in futbolçusu Kin Brayan öz qapısına vurub.

“Liverpul” İngiltərə çempionatında 7000 qol vuran ikinci komanda olub. İlk belə nailiyyətə “Everton” imza atıb. Şəhərin digər təmsilçisinin aktivində 7108 qol var.

“Liverpul” İngiltərənin yüksək liqasında 1894/95 mövsümündə debüt edib. Mersisayd təmsilçisi 19 dəfə çempionluq sevinci yaşayıb.