Mövsümün sonunda "Liverpul"dan ayrılacaq daha bir futbolçunun adı müəyyənləşib.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Tiaqo Alkantara da İngiltərə klubunu tərk edəcək.

Müqaviləsinin müddəti başa çatan oyunçunun sözləşməsi yenilənməyəcək. Klub oyunçuya göstərdiyi xidmətə görə təşəkkür edib.

Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Alkantara 2020-ci ildən "Liverpul"da çıxış edirdi.

“Liverpul” daha ncə kamerunlu Joel Matipin də klubdan ayrılacağını açıqlamışdı.