“Lənkəran” “Quba”ya qarşı
- 14:00
- 33
Azərbaycan Basketbol Liqasının 19-cu turunun daha bir oyunu bu gün keçiriləcək.
Rekord.az xəbər verir ki, "Quba" komandası "Lənkəran"ın qonağı olacaq.
Qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək.
Meydan sahibləri B qrupunda 22 xalla sonuncu - altıncı pillədə qərarlaşıb. Qonaqlar 24 xalla beşincidir.
Qeyd edək ki, XIX tura martın 15-də yekun vurulacaq. Daha əvvəl "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" "Sərhədçi"ni (83:67) məğlub edib.