"LANDAU Lions" ABŞ-dən olan basketbolçu Kervin Voltonu heyətinə qatıb
- 12 Avq 2026 23:59
- 32
"LANDAU Lions" komandası heyətinə daha bir basketbolçu qatıb.
Bu barədə Rekord.az-a klubdan məlumat verilib.
ABŞ-dən olan Kervin Voltonla anlaşma əldə edilib.
O, son olaraq Niderland və Belçika komandalarının birgə çıxış etdiyi BNXT liqasında "Den Boş" komandasının formasını geyinib.