Krivotsyuk hesabı açdı, komandası inamlı qələbəyə sevindi
- 12:30
- 42
Cənubi Koreya çempionatında 35-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” evdə “Seul”la qarşılaşıb və 3:1 hesablı qələbəyə sevinib.
Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. O, görüşə start heyətdə çıxıb və sona qədər meydanda olub. Komandasının ilk qolunu da millimizin müdafiəçisi vurub.
35 turdan sonra aktivində 61 xal olan “Daejeon” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.