Könül Eyvazlıdan Antalyada bürünc medal
- 00:57
- 34
Türkiyənin Antalya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna start verilib.
Rekord.az xəbər verir ki, ilk yarış günündə milli komandamızın bir üzvü fəxri kürsüyə qalxıb.
48 kq çəki dərəcəsində tatamiyə çıxan Könül Eyvazlı üçüncü yeri tutub. O, həlledici görüşdə yerli idmançı Büşra Ceylin Çoşkuna qalib gələrək bürünc medal əldə edib.
Turnirdə 21 ölkədən 550 cüdoçu qüvvəsini sınayır.