Kolumbiya yığması DÇ-2026-nın 1/16 finalında Qanaya 1:0 hesabı ilə qalib gələrək turnirdə ardıcıl 3 matçda qapısını toxunulmaz saxlayıb.


Rekord.az xəbər verir ki, kolumbiyalılar dünya çempionatları tarixində ilk dəfə ardıcıl 3 oyunda qol buraxmamağa nail olublar.


Komanda turnirdə cəmi 1 qol buraxıb və bu, qrup mərhələsinin 1-ci turunun Özbəkistanla matçında qeydə alınıb.


Yarışda qapısından qol buraxmayan komandalar Meksika və İspaniya milliləridir.


Qeyd edək ki, 1/8 finala yüksələn Kolumbiya bu mərhələdə İsveçrə ilə qarşılaşacaq.