Bakıda ilk dəfə çimərlik voleybolu üzrə “King & Queen of the Court” (“Meydançanın kralı və kraliçası”) turniri keçirilib. "Rekord.az" xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan yarışda 10 kişi və 12 qadın komandası mübarizə aparıb.

Qadınların yarışında Səbinə Əlizadə - Leyla Əliyeva cütü, kişilərin yarışında isə Heydər Məmmədli - Ozan Baltacı cütü qalib olublar.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Voleybol Federasiyasının İdarə Heyətinin üzvü Elqar Bağırov təqdim ediblər.