AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 33-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Kəpəz” - “Sumqayıt” oyununda “Kəpəz”in futbolçusu Olavale Onanuqa hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Kəpəz” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz”in futbolçusu Martins Junior ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib komandanın texniki zonasına qeyri-etik ifadələr işlətdiyinə, onları təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Kəpəz” klubu 3000 manat cərimə edilib.

“Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” klubu 700 manat cərimə edilib.

“Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Kəpəz” klubu 800 manat cərimə edilib.

“Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz”in azarkeşləri tərəfindən hakimlər kütləvi şəkildə təhqir edildiyinə görə “Kəpəz” klubu 1000 manat cərimə edilib.

“Kəpəz” – “Sumqayıt” oyununun 90+6-cı dəqiqəsində “Sumqayıt”ın futbolçusu Vüqar Mustafayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sumqayıt” klubu 500 manat cərimə edilib.

“Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Qarabağ” klubu 800 manat cərimə edilib.

“Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” klubu 1000 manat cərimə edilib.

“Qarabağ” – “Neftçi” oyununun 78-ci dəqiqəsində “Neftçi” klubunun 44 nömrəli futbolçusu Yuri Matias hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Neftçi” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Qarabağ” – “Neftçi” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilib.

“Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən 10 ədəd oturacağın sındırılmasına görə stadiona dəymiş zərər “Neftçi” klubu tərəfindən ödəniləcək.

“Turan Tovuz” – “Zirə” oyununun 90+9-cu dəqiqəsində “Turan Tovuz” klubunun 5 nömrəli futbolçusu Roderik Miller təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Turan Tovuz” klubu 3000 manat cərimə edilib.

“Turan Tovuz” – “Zirə” oyununda “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat cərimə edilib.