“Kəpəz” qış fasiləsi dönəmindəki bütün yoxlama görüşlərini səfərdə keçirməli olub.

Rekord.az xəbər verir ki, buna səbəb Gəncə stadionunda oyun keçirməyin qadağan olunmasıdır.

Meydançanı qorumağa qərar verən AFFA rəhbərliyi komandaya tapşırıb ki, məşqlərini süni meydançada, oyunlarını isə səfərdə keçirsin.

Qeyd edək ki, “Kəpəz” yoxlama görüşləri çərçivəsində “Neftçi” və “Turan”la məhz səfərdə üz-üzə gəlib.