"Qarabağ"ın sabiq futbolçusu Kadi Borgest Bakıya gəlib.

Rekord.az xəbər verir ki, yarımmüdafiəçi ailəsini də gətirib.

Yayılan məlumatlara görə, futbolçu "Qarabağ" rəhbərliyi ilə görüşüb yenidən bu kluba mümkün dönüşünü müzakirə etmək istəyir.

Qeyd edək ki, futbolçunun "Krasnodar"la müqaviləsi olsa da, Kadi oradakı durumundan narazıdı və ayrılmaq istəyir.