
İtaliya millisi məğlubiyyətlə, Xorvatiya darmadağınla başladı
- 01:00
- 60
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Rekord.az xəbər verir ki, bu gün 3 qrupda 3-cü turun 6 qarşılaşması təşkil olunub.
Günün oyunu Norveçdə baş tutub. Yerli komanda İtaliyanı qəbul edib. Qonaqlar seçmə mərhələnin debüt matçında ağır məğlubiyyətə uğrayıblar. Vikinqlər ilk hissədə 3 cavabsız qol vurublar və bu, nəticəni sonadək qoruyublar.
Xorvatiya yığması seçmə mərhələyə 7:0 hesablı möhtəşəm qələbə ilə başlayıb. Sözügedən komanda Cəbəllütariqi “topa tutub”. Belçika millisi isə startda Şimali Makedoniya ilə bacarmayıb.
"Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç, "Neftçi"dən Edviç Kuçun yer aldığı Monteneqro millisi isə Çexiyanın qonağı olub. Görüş çexlərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
DÇ-2026-nın seçmə mərhələsi
6 iyun
I qrupu
Norveç – İtaliya 3:0
Qollar: Sörlot, 14. Nusa, 34. Haland, 42.
Estoniya – İsrail 1:3
Qollar: Kait, 31 – Biton, 39; 49. Abu Fani, 90-pen.
Xallar: Norveç – 9. İsrail – 6. Estoniya – 3. İtaliya – 0. Moldova – 0.
J qrupu
Uels – Lixtenşteyn 3:0
Qollar: Rodon, 30. H.Uilson, 66. K.Mur, 69.
Şimali Makedoniya – Belçika 1:1
Qollar: Alioski, 86 – De Kuyper, 28.
Xallar: Uels – 7. Şimali Makedoniya – 5. Qazaxıstan – 3. Belçika – 1. Lixtenşteyn – 0.
L qrupu
Çexiya – Monteneqro 2:0
Qollar: Hlojek, 23. Şik, 65.
Cəbəllütariq – Xorvatiya 0:7
Qollar: Paşaliç, 28. Budimir, 30. İvanoviç, 60; 64. Perişiç, 73. Kramariç, 77; 80.
Xallar: Çexiya – 9. Monteneqro – 6. Xorvatiya – 3. Farer adaları – 0. Cəbəllütariq – 0.