İtaliya klubunun qapıçısı bir neçə aylıq sıradan çıxıb
- 15:20
- 28
İtaliyanın "Parma" klubunun və Yaponiya millisinin qapıçısı Zion Suzuki bir neçə ay müddətinə sıradan çıxıb.
Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Sol əlindən zədə alan futbolçunun ölkəsində əməliyyat olunduğu bildirilib.
23 yaşlı qolkiper cari mövsümdə meydana çıxdığı 13 oyunda 16 qol buraxıb. "Parma" hazırda turnir cədvəlində 8 xalla 17-ci pillədə qərarlaşıb.