“İstedadların seçimi” yarışının 2-ci turu başa çatdı
- 15 Mar 2026 23:00
- 33
Cüdo üzrə U-16 yeniyetmələr arasında "İstedadların seçimi" yarışının 2-ci turu başa çatıb.
Rekord.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin son günündə 118 cüdoçu mübarizəyə qoşulub.
Qızlar 44 kq, 52 kq, 63 kq, +70 kq, oğlanlar isə 55 kq, 66 kq, 81 kq və +90 kq çəki dərəcələrində qüvvəsini sınayıb.
2-ci tura 67 klub və idman cəmiyyətindən 270 oğlan, 49 qız olmaqla 221 idmançı qatılıb.
"İstedadların seçimi" yarışının keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır. 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar "Gələcəyin ümidləri" təlim proqramına cəlb olunacaq.
Qızlar
44 kq
1. Ayan Həsənli (Judo Club 2012)
2. Ülkər Abbaszadə (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
3. Ayan Muradova (Şəki OİK)
3. Aysu Əliyeva (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)
52 kq
1. Zəhra Mövləmverdiyeva (Maştağa İK)
2. Aynur Süleymanova (Hövsan İK)
3. Samirə Əliyeva (Balaxanı İM)
63 kq
1. Sevil Abdullayeva (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
2. Ayan Zeynallı (Neftçi İK)
3. Qönçə Məmmədli (Ələt İdman Klubu)
+70 kq
1. Aişə Jestekina (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
2. Zeynəb Kılınçoğlu (Goranboy UGİM)
3. Gülşən İbrahimova (Goranboy UGİM)
Oğlanlar
55 kq
1. Samin Səlimli (Spartak Wrestle Zone)
2. Qərib Atababayev (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Fuad Cəlilzadə (Sərhədçi İM)
3. Rəhim Əliyev (Şuşa UGİM)
66 kq
1. Büsat Şahmurov (Qəbələ İK şəhər)
2. Nihad İsayev (Neftçi İK)ü
3. Fərhad Quliyev (Qəbələ (Bakı)
3. Abdulla Salam (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
81 kq
1. Məhəmmədəli Mehdi (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
2. Kənan Hüseynov (Yevlax)
3. Murad Hüseynzadə (Atilla İK)
3. Asif Şükürov (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
+90 kq
1. Sabir Bərxudarlı (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
2. Nihad Məlikli (Neftçi Sumqayıt)
3. Rəsul Ağayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)