“Qarabağ”ın ispaniyalı futbolçusu Qaspar Panadero vətəninə qayıda bilər.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Sequnda klublarının diqqət mərkəzindədir.

İspaniya mətbuatının yazdığına görə, “Kartaxena”, “Albasete”, “Burqos” və “Luqo” kimi klublar “Qarabağ”ın legioneri ilə maraqlanır. Ağdam klubunun Panaderonu yenidən icarəyə verəcəyi gözlənilir.

Panadero “Qarabağ”a 2021-ci ilin avqustunda İspaniyanın “Kadis” klubundan transfer olunub. O, ötən mövsümün ikinci yarısını icarə əsasında Kiprin AEK (Larnaka) komandasında keçirib. Onun “Qarabağ”la 2024-cü ilin yayınadək müqaviləsi var.