İspaniya millisi tarixinin ən yaxşı məğlubiyyətsizlik seriyasına imza atdı
- 14:00
- 33
Futbol üzrə İspaniya millisi tarixinin ən yaxşı məğlubiyyətsizlik seriyasına imza atıb.
Rekord.az xəbər verir ki, son Avropa çempionu buna DÇ-2026-nın seçmə mərhələsində səfərdə Gürcüstanı məğlub etməklə (4:0) nail olub.
Komanda bütün yarışlarda ardıcıl 30 rəsmi matçda yenilmir. Yığma bunların 25-də qələbə qazanıb, 5-də heç-heçə edib.
İspaniya seçməsinin əvvəlki rekordu 2010-cu ilin iyunundan 2013-cu ilin iyununadək qeydə alınıb. Milli həmin vaxt ardıcıl 29 görüşdə uduzmayıb.