Futbol üzrə dünya çempionatında İspaniya və Avstriya yığmaları arasında keçirilən 1/16 final matçının ən yaxşı oyunçusu müəyyənləşib.


Rekord.az xəbər verir ki, ispanların heyətində Lamin Yamal oyunun ən yaxşısı adına layiq görülüb.


Vinger sözügedən matçda (3:0) bir neçə dəfə qol vurmağa yaxın olsa da, fərqlənə bilməyib. Amma bu, onun matçın ən yaxşısı seçilməsinə mane olmayıb.