
İslamiadada Azərbaycanı təmsil edəcək cüdoçular açıqlandı
- 15:40
- 49
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək cüdoçular açıqlanıb.
Rekord.az xəbər verir ki, İslamiadanın yerli təşkilat komitəsi tərəfindən iştirakçı ölkələrə 5 kişi və 7 qadın cüdoçu üçün kvota ayrılıb.
Turnirdə Azərbaycanı performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, eləcə də qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdellatifin rəhbərliyi altında 12 idmançı təmsil edəcək.
Heyət seçimində qarışıq komanda yarışında zədə və digər hallar səbəbindən ehtiyat idmançıların olması xüsusi diqqətdə saxlanılıb.
Kişilərdən Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Elcan Hacıyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq), qadınlardan Könül Əliyeva (48 kq), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva, Aytac Qardaşxanlı (hər ikisi 70 kq) və Günel Həsənli (78 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, cüdo yarışları noyabrın 8-10-da baş tutacaq.