"İnter" Yanqla bağlı qərarını verdi
- 2020-05-30 16:17
- 604
"İnter" futbolçusu Eşli Yanqla müqavilənin müddətini uzadıb.
Rekord.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Pyero Auzilio məlumat verib. O, ingilis müdafiəçi ilə müqavilənin müddətini 1 il uzatmaq seçimindən istifadə etdiklərini bildirib.
Qeyd edək ki, E.Yanq qışda 1.5 milyon avroya “Mançester Yunayted”dən Milan klubuna keçib. O, “İnter”də ümumilikdə 7 oyuna 1 qol vurub, 1 qol ötürməsi edib.