Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektorunun və İmişli rayonu Uşaq Gənclər Şahmat İdman Məktəbinin birgə təşkilatçılığı ilə "8 noyabr - Zəfər Günü" münasibəti ilə qızlar arasında cüdo idman növü üzrə İmişli rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, iki gün davam edən yarışda hər yaş və çəki kateqoriyasında 1-ci, 2-ci və 3-cü yeri tutan cudoçular Mil-Muğan Regional Gənclər və İdman idarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır.

Sonda qaliblərlə xatirə şəkli çəkilmişdir.