Sumqayıt"ın "zədəlilər karvan"ı
- 12:00
- 48
"Sumqayıt" "Araz Naxçıvan"ı da məğlub etməklə, məğlubiyyətsiz oyunlar seriyasını 4-ə çatdırdı.
Rekord.az xəbər verir ki, son iki oyunda qazanılan qələbə ilə Sumqayıt təmsilçisi təhlükəli zonadan bir qədər aralaşdı.
Nəticələr yaxşılaşsa da, heyətlə bağlı vəziyyət ürəkaçan deyil. Çünki zədəlilərin sayı durmadan artır. Hələ mövsüm başlamamış braziliyalı qapıçı Jeymes Almeyda ağır zədə alaraq uzun müddətə sıradan çıxdı. İlk turda "Neftçi" ilə oyunda aldığı qırmızı vərəqəyə etiraz edərək qapıya ayağı ilə zərbə endirən Səbuhi Abdullazadənin ayağını şüşə kəsmişdi və o da əməliyyat olunaraq ili başa vurub. Onun ardından Höccət Haqverdi də zədələndi. Ötən tur isə Jeam Oliveyra ilə Rüstəm Əhmədzadə də zədəlilər sırasına qoşuldu. Təsadüfi deyildi ki, baş məşqçi Kandido "Araz Naxçıvan"la dünənki oyunda hücum xəttində yarımmüdafiəçisi Nihat Əhmədzadəni oynadırdı.