"İmişli" kənardan uşaq götürməyəcək
- 15:00
- 49
"İmişli" klubu yeni mövsümdən etibarən aşağı yaş qruplarından ibarət bir neçə komanda da formalaşdıracaq.
Rekord.az xəbər verir ki, artıq bu işlərə start verilib, bir neçə seleksiya xarakterli məşqlər keçirilib.
Bu məşqlər Saatlıda keçirilib. Növbəti məşqlər isə İmişlidə baş tutacaq. Ümumiyyətlə, klub rəhbərliyi yeni formalaşdıracağı akademiyaya kənardan uşaq gətirməyi düşünmür. Çünki onların İmişlidə qalması və qidalanması üçün şərait, maliyyə yoxdur. Əsas diqqət İmişli və yaxın Saatlıya veriləcək.