"Tvente" Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ"la ilk matçında buraxdığı səhvlərdən nəticə çıxarıb.

Rekord.az xəbər verir ki, bunu Niderland təmsilçisinin futbolçusu Rud Neystad Bakıda keçiriləcək cavab matçından öncə mətbuat konfransında deyib.

O, beynəlxalq matçlarda qol imkanlarından düzgün istifadə etməyin vacibliyini vurğulayıb:

"Avropa futbolu daxili birincilikdən fərqlənir. Burada yaradılan hər bir qol imkanından maksimum yararlanmaq lazımdır. İlk qarşılaşmada müəyyən təcrübə qazandıq və səhvlərimizdən nəticə çıxardıq. Şəxsi inkişafım üçün də Avropa səviyyəsində oynamaq çox faydalıdır".

Yarımmüdafiəçi ilk oyundakı epizodları da dəyərləndirib:

"Həmin an bir az səbirsiz davrandım və topu tez ötürməyə çalışdım. Oyun bitdikdən sonra baş məşqçi mənə tövsiyələrini verdi və nəyi daha yaxşı edə biləcəyimi izah etdi. Bu cür dəstək mənim üçün çox əhəmiyyətlidir. Cavab matçında komandaya daha çox fayda verməyə çalışacağam".

Xatırladaq ki, "Qarabağ" - "Tvente" görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Niderlandda baş tutan oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.