"Abşeron Lions" Azərbaycan Basketbol Liqasında finala vəsiqə qazanıb.


Rekord.az xəbər verir ki, komanda buna yarımfinal mərhələsinin ikinci oyununda "Neftçi"ni məğlub etməklə nail olub.


Bakı İdman Sarayındakı qarşılaşma 90:81 hesabı ilə bitib.


İlk görüşdə "Abşeron Lions" qalib gəlib - 95:89.


Beləliklə, komanda finalda "Sabah"a rəqib olub.