"Yuventus" PSJ-nin hücumçusu Mauro İkardini transfer etmək üçün qarşı tərəfə müraciət edib.

Rekord.az xəbər verir ki, Turin təmsilçisi bu keçid üçün hücumçusu Paulo Dİbalanı da təklif edib.

İtaliya mətbuatının məlumatına görə, tərəflər futbolçuları dəyişdirmək üçün danışıqları davam etdirirlər.

İkardi bu mövsüm PSJ-də keçirdiyi 19 oyunda 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Dibala isə 17 oyunda 4 qol vurub, 2 dəfə isə məhsuldar ötürmə edib.