"Milan"ın futbolçusu Zlatan İbrahimoviç zədəsini sağaltmaq üzrədir.

Rekord.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 39 yaşlı hücumçu gələn həftənin əvvəlində komanda ilə məşqlərə başlayacaq.

O, hazırda idman zalında və hovuzda fərdi şəkildə məşqlərə davam edir.

Qeyd edək ki, İbrahimoviç  ötən mövsüm İtaliya A seriyasının 35-ci turunda "Yuventus"la matçda (3:0) zədələnmiş və əvəzlənmişdi. İsveç millisinin üzvü bu səbəbdən Avro-2020-ni buraxmışdı.