Bir müddət bundan öncə “Region Liqası”nda debüt edən “Şamaxı” komandası adından söz etdirməyə başladı.

Rekord.az xəbər verir ki, rayon icra hakimiyyətinin dəstək verdiyi komandaya AFFA da stadion tikməkdə yardım edəcəyinə söz vermişdi.

Hətta Elxan Məmmədovun “Şamaxı”nın ev oyunlarından birinə canlı da baxmışdı. Məhz bundan sonra mətbuatda “Şamaxı”nın növbəti mövsümdən I Divizionda çıxış edəcəyi ilə bağlı məlumatlar da yayıldı.

Təəssüflə qeyd edək ki, həmin “Şamaxı” artıq fəaliyyətini dayandırıb. “Region Liqası”ndakı qeyri-müəyyənlik, çempionatın keçirilməməsi əksər komandalar kimi, “Şamaxı”ya təsirsi ötüşməyib. Rayon rəhbərliyi bu qeyri-müəyyənlikdə komanda saxlamağı mənasız hesab edib.