Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tiflisdə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda görüşə çıxacaq.


Rekord.az xəbər verir ki, o, təsəlliverici qarşılaşmada Gürcüstanı təmsil edən Georgi Teraşviliyə qalib gələrək bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.


Qeyd edək ki, digər təmsilçilərimizdən bu gün tatami üzərinə çıxan Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) yarışı mükafatsız başa vurublar.


Azərbaycan təmsilçilərinin hesabında 1 gümüş medal var. Turan Bayramov (66 kq) ötən gün fəxri kürsünün ikinci pilləsinə yüksəlib.