Gəncədə bir qrup futbolsevər, idmansevər insan bir araya gələrək yeni ictimai birlik yaradıb.

Rekord.az xəbər verir ki, birliyin dünən iclasını da keçirilib və bir sıra qərarlar qəbul edilib. 

Birliyin təsisçilərindən olan Natiq Əsədov saytımıza verdiyi açıqlamaya görə, öncə fanklub nəzərdə tutulsa da, sonradan ictimai birlik variantı qəbul edilib. Birliyin əsas məqsədi Gəncə futboluna, Gəncə idmanına dəstək olmaqdır. Artıq lazımı sənədlər toplanıb və rəsmi qeydiyyatdan keçmək üçün lazımı instansiyalara göndərilib. Digər məsələlərlə bağlı isə Natiq bəy bunları deyib: Müzakirə etdiyimiz ikinci məsələ Gəncə stadionu ilə bağlı oldu. Üçüncü məsələ ictimai sabitliyə nail olmaqdı. Dördüncü məsələ sosial şəbəkələrdə "Kəpəz"ə sevgi aşılanması ilə bağlı oldu. Beşinci müzakirə olunan məsələdə əsasə tələbimiz klubda baş verən qalmaqallara son qoyulması ilə bağlı "Kəpəz" rəhbərliiyi qarşısında məsələ qaldırmaq. Sonuncu müzakirə etdiyimiz məsələ isə yerli futbolçulara dəstək verilməsi ilə bağlı oldu. Ümumi fikrimiz, Gəncə futbolunu, "Kəpəz"i xilas etməkdir. Çünki bu gedişlə komanda I Diviziona gedir".