"Region Liqası"nın favorit komandalarından olan "Füzuli" pley-off mərhələsi üçün stadionunu dəyişib.

Rekord.az xəbər verir ki, buna qədər daha çox "ASK Arena"nın dördüncü meydançasında oynayan bölgə təmsilçisi həlledici mərhələ üçün əsas meydançanı sifariş verib.

Qeyd edək ki, "Region Liqası"nın püşkatma mərasimi martın 28-ə təyin olunsa da, sonradan bu tarix aprelin 6-a uzadıldı.